Biz nə edirik?
Ebru sənəti, seramik və dulusçuluq insan yaradıcılığının və ənənəvi sənətkarlığın gözəl nümunələrindəndir. Ebru sənətində rənglər su üzərində xüsusi texnikalarla hərəkət etdirilərək unikal naxışlar yaradılır. Keramika və dulusçuluq sənətində isə gil materialı ustanın əllərində formaya düşərək həm estetik, həm də gündəlik istifadəyə yararlı əsərlərə çevrilir.
Təşkil etdiyimiz kurslar və yaradıcı workshoplar vasitəsilə iştirakçılar bu sənət növlərinin əsas texnikalarını öyrənir, öz əl işlərini hazırlayır və yaradıcılıqlarını inkişaf etdirmək imkanı əldə edirlər. Təlimlərimiz həm yeni başlayanlar, həm də bu sahəyə maraq göstərən hər kəs üçün uyğundur.
Koleksiyonlar

Özünü Yarat Missiyası
Biz inanırıq ki, hər bir insanın daxilində yaradıcı bir dünya var.
“Özünü Yarat”ın missiyası bu dünyanı oyatmaq, insanlara sənət vasitəsilə özlərini ifadə etməyə və daxili güclərini kəşf etməyə dəstək olmaqdır.
Burada sənət sadəcə öyrədilmir — hiss olunur, yaşanır və paylaşılır.
Ebru, keramika və digər yaradıcı fəaliyyətlər vasitəsilə məqsədimiz insanların gündəlik həyatın səs-küyündən uzaqlaşıb özlərinə qayıtmasına şərait yaratmaqdır.
Biz təbiiliyi, sadəliyi və səmimiyyəti əsas tutaraq hər kəs üçün açıq, ilhamverici və təhlükəsiz bir yaradıcılıq məkanı qururuq.
sənət
mola
yaradıcılıq
ilhamverici
özünü kəşf et







